İstefası tələb olunan Əfqanıstan prezidenti xalqa müraciət etdi

11 Baxış

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədəki vəziyyətlə bağlı xalqa müraciət edib.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Dövlət başçısı xalq söz verib ki, son 20 ildə əldə olunmuş heç bir uğurun itirilməsinə imkan verməyəcək.

Nəşr qeyd edir ki, ölkədəki siyasətçilər dövlət başçısını istefa verməyə çağırıblar. Belə ki, onlar yalnız Əşrəf Qəninin istefasından sonra “Taliban”la atəşkəs danışıqlarının başlanmasının mümkün olduğunu hesab edirlər. Bununla həm də “Taliban”ın paytaxta hücumunun qarşısının alınması planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.