Qonşu ölkədə koronavirusla bağlı ardıcıl üçüncü günü antirekord

9 Baxış

Rusiyada bir gündə 819 nəfər koronavirusdan vəfat edib. Beləliklə, qonşu ölkədə COVID-19 qurbanlarının ümumi sayı 169 683 nəfərə çatıb.

Bu barədə “Mir24” xəbər yayıb.

Məlumata görə, ölkədə gündəlik maksimum ölüm sayı ardıcıl üçüncü gündür ki, yenilənir: Cümə axşamı – 808, cümə günü isə 815 ölüm qeydə alınmışdı.

Gün ərzində yeni yoluxanların sayı isə 22 144 nəfər olub.


Məlumat oxu.az saytından götürülmüşdür.