ABŞ-da məktəbdə atışma: Ölən var – FOTO/VİDEO

11 Baxış

ABŞ-ın Nyu-Meksiko ştatının Albukerke şəhərində orta məktəbdə atışma baş verib. Bir şagird həlak olub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Atışma iki şagird arasında baş verib.

“Oğlanlardan biri digərini vurub. Atəş açan şagird nəzarətdədir. Vəziyyəti araşdırırıq. Təəssüf ki, güllələnən məktəbli öldü”, – deyə yerli polis idarəsindən jurnalistlərə açıqlamada bildirilib.

Saxlanılan məktəblinin 13 yaşı var.

Hazırda atışmaya nəyin səbəb olduğu və yeniyetmənin silahı necə tapdığı araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.