Rusiyada idman ustası şəhər merilə görüşə ABŞ bayrağı ilə gəlib – FOTO

13 Baxış

Yüngül atletika üzrə Rusiyanın idman ustası Firaya Sultanova-Jdanova Naberejnı Çelnı şəhərinin meri Nail Madeyevlə görüşə üzərində ABŞ bayrağı təsvir olunan qolbağı ilə gəlib.

Bu barədə “Çelninskiye İsvestiya” qəzeti məlumat yayıb.

Bildirilib ki, idmançı şəhərin fəxri sakini adını daşısa da, hazırda Floridada (ABŞ) yaşayır.

Görüş zamanı idman ustası Naberejnı Çelnıda yüngül atletikanın inkişafına dair təkliflərini səsləndirib.


Məlumat oxu.az saytından götürülmüşdür.