Cənubi Koreyada cinsi zorakılığa uğrayan hərbçi intihar etdi

12 Baxış

Cənubi Koreya ordusunun adı açıqlanmayan qadın çavuşu evində ölü tapılıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, hərbçinin intihar etdiyi bildirilib.

Xanımın bir neçə gün öncə rəhbərliyə öz həmkarı tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə şikayət etdiyi məlum olub.

Ölkənin müdafiə naziri So Uk bugün keçirilən mətbuat konfransında ordudakı neqativ hallara görə üzr istəyib və insidentin dəqiqliklə araşdırılacağını vəd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.