Əfqanıstan prezidenti xalqa müraciətindən sonra ölkəni tərk edə bilər

13 Baxış

Əfqanıstan prezidenti Əşrəf Qani yaxın zamanda xalqa müraciət etdikdən sonra ölkəni tərk edə bilər.

Bu iddia ilə Livanın “Al Mayadeen” kanalı çıxış edib.

Məlumata əsasən, bu axşam dövlət başçısının ölkədəki daxili vəziyyətin kəskinləşməsilə bağlı çıxışı gözlənilir.

Telekanalın iddiasıyla əlaqədar, hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstanı tərk etməsinin ardından ölkədə “Taliban” hərəkatı qüvvələri fəallaşaraq bir sıra iri vilayət və şəhərləri ələ keçiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.