Kazanda müsəlman kinosu festivalı keçiriləcək

9 Baxış

Rusiyanın Tatarıstan respublikasının paytaxtında ənənəvi müsəlman kinosu festivalı keçiriləcək.

“RİA Novosti” xəbər verir ki, sentyabrın 5-dən 10-dək baş tutacaq tədbirin müsabiqə proqramına 45 ölkədən 50 film daxildir.

Builki festival “Mədəniyyətlərarası dialoqdan – dialoq mədəniyyətinə” şüarı ilə keçiriləcək. Tədbir çərçivəsində “Tammetrajlı bədii filmlər”, “Qısametrajlı bədii filmlər”, “Tammetrajlı sənədli filmlər”, “Qısametrajlı sənədli filmlər” və “Milli müsabiqə” nominaisyaları üzrə qaliblər müəyyən olunacaq.

Festivalda, həmçinin “İslam və Rusiya”, “Türk dünyası”, “Kazan premyeraları” kimi paralel proqramlar də təqdim ediləcək.

Qeyd edək ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı 2005-ci ildə təsis olunub. Onun rəhbəri Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdindir.  


Məlumat oxu.az saytından götürülmüşdür.