Şimali Koreya Olimpiadanı yarışlar bitdikdən sonra yayımlayıb

11 Baxış

Şimali Koreya televiziyası Tokioda keçirilən Olimpiya Oyunlarını yarışlar bitdikdən sonra yayımlayıb. Yayımın turnirin bağlanış mərasimindən iki gün sonra başladığı vurğlanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, televiziyanın görüntüləri necə əldə etməsi məlum deyil.

Qeyd edək ki, iyulun 23-dən avqustun 8-dək davam edən Olimpiya Oyunlarında Şimali Koreya idmançıları iştirak etməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.