Ərdoğan: “Seldən zərər çəkmiş əraziləri fəlakət bölgəsi elan edirik”

15 Baxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sel fəlakətinin yaşandığ bölgələrə səfər edib.

TRT xəbər verir ki, dövlət başçısı Kastamonu vilayətinin Bozqurt rayonunda cümə namazından sonra yerli sakinlər qarşısında çıxış edib.

Ərdoğan seldən zərər çəkmiş ərazilərin fəlakət bölgəsi elan edildiyini bəyan edib. O, itkin düşmüş vətəndaşların axtarışı üzrə işlərin davam etdiyini və çətin günlərdə dövlətin hər an vətəndaşının yanında olduğunu bildirib.

Dövlət başçısı, həmçinin təbii fəlakətlərin təkcə Türkiyəni deyil, dünyanın bir çox ölkələrini öz cənginə aldığını diqqətə çatdırıb.

Ərdoğan zərərçəkənlərə maddi kompensasiyanın ödəniləcəyini, evsiz qalanlar üçün sosial evlərin tikiləcəyini də qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.