Batan helikopterdən sağ çıxan sərnişin: “Başqaları qapını açmaq üçün vaxt itirdilər” – FOTO

13 Baxış

Uğursuz eniş cəhdi zamanı Kamçatkanın Kuril gölündə batan Mi-8 vertolyotunun sərnişinləri qəzadan necə sağ çıxmalarından danışıblar.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

Zərərçəkənlərdən biri Qeorqi Kovantsevin sözlərinə görə, ekskursiya marşrutu uzun olub, Kronotski qoruğundakı Kuril gölü isə ara dayanacaq olmalı idi.

Helokoter enməyə başlayanda hər şey normal olub, heç kim heç bir problem barədə bildirməyib. Buna baxmayaraq, sərnişin dumanın “süd şəklində” çox qatı və sıx olduğunun fərqinə varıb. Eniş suya çırpılma ilə başa çatıb və göyərtə dərhal su il dolmağa başlayıb.

“Arxa rampada ovuc boyda bir boşluq gördüm. Ehtimal ki, zərbə nəticəsində açılmışdı. Əlimi oraya qoydum, sonra suyun köməyi ilə boşluğu böyütdüm. Beləcə quyruqda olanların hamısı üzüb çıxdı. Bu, sərnişinlərin tam yarısı idi – səkkiz nəfər”, – deyə Kovantsev olanları xatırlayır.

O əlavə edib ki, həmin vaxt suyun dərinliyində olub və ancaq 30-40 saniyədən sonra suyun səthinə çıxa bilib.

“Həmin vaxt, helikopter artıq kifayət qədər dərində idi, sərnişinlər qapını içəridən açmağa çalışaraq vaxt itirdilər”, – deyə o vurğulayıb.

Xilas olan başqa bir sərnişin Viktor Strelkin isə uçuş zamanı yatdığını deyir:

“Su üzümə çırpılanda ayıldım. Bu barədə danışmaq çətindir. Yanımda uşaq oturmuşdu – dostumun oğlu. Ancaq yuxulu olduğumdan onun kəmərini açmağa imkan tapmadım…”


Məlumat oxu.az saytından götürülmüşdür.