Latviya Belarusla sərhədə xüsusi təyinatlıları göndərdi

10 Baxış

Latviya polisinin xüsusi təyinatlı bölüyü Belarusla dövlət sərhədinə göndərilib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, bölüyün əraziyə göndərilməsində məqsəd Belarusdan gələn qanunsuz miqrant axınının qarşısını almaqda sərhədçilərə yardım etməkdir.

Qeyd edək ki, kütləvi miqrant axını ilə əlaqədar Latviya hökuməti Belarusla sərhəd bölgələrində fövqəladə vəziyyət elan edib. Belə ki, son 5 gün ərzində Belarusdan Latviyaya qanunsuz keçmək istəyən 295 nəfər saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.