Türkiyədə sel nəticəsində 11 nəfər ölüb – VİDEO

15 Baxış

Türkiyənin Qara dəniz sahillərində intensiv yağışların səbəb olduğu sel tələfatsız ötüşməyib.

“Haber Global”ın məlumatına görə, təbii fəlakət nəticəsində Kastamonuda 10, Sinopta bir nəfər həlak olub.

Bununla yanaşı, Bartın vilayətində də bir nəfərin itkin düşdüyü bildirilib.

Hazırda fəlakət bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.