Cinayətini etiraf edən deputata məxsus şirkətin helikopteri göldə batdı: İtkin düşənlər var – VİDEO

12 Baxış

Rusiyanın Kamçatka diyarında göyərtəsində 16 sərnişin olan Mi-8 helikopteri qəzaya uğrayıb. Helikopterdə olanlardan səkkizi hələ də tapılmayıb.

TASS-ın məlumatına görə, bu barədə Mi-8-in məxsus olduğu “Vityaz-Aero” şirkətinin nümayəndəsi bildirib.

İlkin məlumatlara görə, helikopter Kronotski Qoruğundakı Kuril gölündə batıb. Onun təxminən 100 metr dərinlikdə olduğu bildirilir.

“RİA Novosti” öz mənbələrinə istinadla itkin düşənlərin göyərtədə ola biləcəyini qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.