“Pfizer” səhmlərinin qiyməti 22 illik rekord səviyyəyə çatdı

19 Baxış

Koronavirusa qarşı peyvənd istehsalçılarından olan “Pfizer” şirkətinin səhmləri rekord səviyyədə bahalaşıb.

Bu barədə “Reuters” məlumat verib.

Ticarət sessiyası ərzində şirkətin qiymətli kağızlarının dəyəri bir səhm üçün 48.57 dollara çatıb. Bununla da, 1999-cu ildə qeydə alınmış 47.44 dollarlıq qiymət həddi aşılıb.

Bildirilib ki, səhmlərin rekord qiymət artımı vaksinlərin uğurlu satışı ilə bağlıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.