ABŞ-dan OPEC-ə çağırış: Hasilatı artırın

16 Baxış

ABŞ neft ixrac edən ölkələri birləşdirən OPEC və OPEC+ təşkilatlarını hasilatı artırmağa çağırıb.

Bu barədə TRT məlumat yayıb.

Məlumata görə, sözügedən çağrı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın yazılı bəyanatında öz əksini tapıb.

O, öz tələbini yüksək neft qiymətlərinin qlobal iqtisadiyyatın bərpasına əngəl törətməsi ilə əsaslandırıb.

Sənəddə bildirilib ki, ABŞ OPEC ilə hasilatın artırılması barədə məsləhətləşmələri davam etdirəcək.

Qeyd edək ki, bu gün ölkə prezidenti Co Bayden də Ağ Evdəkı çıxışı zamanı iri neft ixracatçısı ökələrini hasilatın kvotalar üzrə azaldılmasından imtina etməyə səsləyib.


Məlumat oxu.az saytından götürülmüşdür.