Tunisdə 450 hektarlıq meşə ərazisi külə dönüb

17 Baxış

Tunisin şimal və şimal-qərb bölgələrində meşə yanğınları 450 hektar sahəni külə döndərib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, yanğına qarşı mübarizəyə yanğınsöndürənlərlə yanaşı, ordu və mülki müdafiə qüvvələri də cəlb edilib

Avqustun 9-dan bəri intensivləşən meşə yanğınlarına səbəb ölkədə hava hərarətinin 49 dərəcəyədək yüksəlməsi səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.