İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır – FOTO

15 Baxış

İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Şəmhani ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsində bütün siyasi əngəllərin aradan qalxdığını bəyan edib.

Bu barədə o, özünün “Twitter” səhifəsində rusiyalı həmkarı Nikolay Patruşevlə telefon söhbətinə dair açıqlamasında məlumat verib.

Şəmhanı texniki formallıqlardan sonra İranın təşkilata üzvlük məsələsinin qətiləşəcəyini vurğulayıb.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanın iştirakı ilə “Şanxay beşliyi” adıyla yaradılıb. 2001-ci ildə Özbəkistanın da birliyə qoşulması ilə onun adı dəyişdirilib. 2017-ci ildə isə təşkilata Pakistan və Hindistan da qatılıb.

In a conversation with my friend & colleague, Mr. Patrushev, SC of #Russia‘s Secretary, we examined the developments in 🇦🇫, 🇸🇾 & PG. Fortunately, the political obstacles to #Iran‘s membership in the #ShanghaiCO have been removed & Iran’s membership will be finalized.

— علی شمخانی (@alishamkhani_ir) August 11, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.