“Taliban” Əfqanıstanın üç ölkə ilə həmsərhəd vilayətini ələ keçirdi – VİDEO

12 Baxış

“Taliban”ın silahlı dəstələri Əfqanıstanın şimal-şərqində yerləşən və üç ölkə ilə sərhəddə (Tacikistan, Çin və Pakistan) yerləşən Bədəxşan vilayətinin böyük bir hissəsini ələ keçirib.

Bu barədə Əfqanıstanın “Pajhwok” agentliyi məlumat yayıb.

Həmçinin qeyd olunur ki, “Taliban” döyüşçüləri Bədəxşan vilayətinin inzibati mərkəzi Feyzabad şəhərinə də tam nəzarət edir.

Mənbə yazır ki, hazırda Bədəxşan vilayətinin 27 rayonundan 25-i “Taliban”ın nəzarətinə keçib.

Qeyd olunur ki, hökumət qüvvələri bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra tələb olunan hava dəstəyinin verilməməsi səbəbindən və oraya heç bir əlavə qüvvə göndərilmədiyindən Feyzabaddan geri çəkilmək məcburiyyətində qalıb.

Hazırda ən ağır döyüşlərin Əfqanıstanın cənubunda yerləşən Qəndəhar və Hilmənd vilayətlərində getdiyi vurğulanır.

#Taliban also seized tonight #Faizabad, the provincial capital of #Badakhshan in north #Afghanistan pic.twitter.com/viGKtQ7xNN

— C4H10FO2P (@markito0171) August 10, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.