“Taliban” paytaxta irəliləyir: ABŞ diplomatlarını və vətəndaşlarını təxliyyəyə hazırlaşır

11 Baxış

Əfqanıstanda vəziyyət “Taliban”ın irəliləməsi fonunda getdikcə pisləşir, tezliklə yaraqlılar paytaxt Kabili ələ keçirə bilər.

Bu barədə “The Washington Post” qəzeti Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Həmin mənbələr bildirib ki, Birləşmiş Ştatlar tezliklə Kabildən öz diplomatlarını və digər vətəndaşlarını çıxarmalı olacaq. Əfqanıstan paytaxtının 30-90 gün ərzində taliblər tərəfindən ələ keçirilə biləcəyi qeyd olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.