Ermənistanda “Mismar” ləqəbli məmuru döyənin “Çəkic” olduğu ortaya çıxdı

10 Baxış

Ermənistan paytaxtının Açapnyak bələdiyyəsinin sədr müavini Artak Akopyan döyülüb.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Erməni məmurun döyülməsi xəbəri bütün ölkənin əsas gündəminə çevrilib. Lakin maraqlı məqam hadisədən çox iştirakçıların kimliyi ilə bağlı olub.

Çünki hadisənin “qəhrəman”ları “Mismar” və “Çəkic” olub.

Yerli sakinlər arasında döyülən bələdiyyə sədrinin müavini 30 yaşlı Artak Akopyan məhz “Mismar” ləqəbi ilə tanınıb. Hadisədən bir neçə gün sonra onu döyən şəxsin kimliyi polis tərəfindən müəyyən edilib. Bu, 20 yaşlı Georgi Qalstyan olub.

Elə hadisənin maraqlı tərəfi – döyən və döyülən arasındakı “ideal” uyğunluq da bu zaman ortaya çıxıb. Çünki Qalstyan da həmvətənləri arasında “Çəkic” adı ilə məşhur olub. Beləliklə “Mismar” ləqəbli erməni məmur, “Çəkic” tərəfindən döyülüb.

Qalstyanın (“Çəkic”) könüllü şəkildə polis bölməsinə gəldiyi və ifadə verdiyi bildirilir.

Burada əsas çətin iş Ermənistanın istintaq orqanlarının üzərinə düşəcək. Çünki istənilən halda indiyə qədər dünyada heç bir qurum “mismar”la “çəkic” arasındakı davanı araşdırmalı olmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.