Nigeriyada hər saatda 9 nəfər bu xəstəlikdən ölür

12 Baxış

Nigeriyanın səhiyyə naziri Osaci Exanire ölkəsindəki qorxunc statistikanı açıqlayıb.

TRT xəbər verir ki, nazir Nigeriyada hər saatda 9 nəfərin malyariyadan öldüyünü bəyan edib.

Onun sözlərinə görə dünya üzrə hər 4 malyariya xəstəsindən biri Nigeriyadadır.

Exanire malyariyanın milli epidemiya səviyyəsinə çatdığını və xüsusən də azyaşlılar üçün təhlükələ olduğunu bildirərək, xəstəliyin hər iki dəqiqədə bir uşağın həyatına son qoyduğunu vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.