Bodrumda meydana gələn yeni yanğın yaşayış massivlərinə doğru genişlənir

14 Baxış

Meşə yanğınlarının demək olar ki, tamamən lokallaşdırıldığı Türkiyədə ara-sıra yeni yanğın ocaqları meydana gəlir.

“Haber Global” bildirir ki, belə yanğınlardan biri axşam saatlarında Bodrumda başlayıb.   

Gümüşlük məhəlləsi yaxınlığındakı sahədə meydana çıxan yanğın qısa müddətdə böyüyüb və hazırda yaşayış yerlərinə doğru genişlənməkdədir.

Yanğının nəzarət altına alınması üçün müvafiq işlər aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.