Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmən müraciət edəcək

16 Baxış

Gürcüstan hakimiyyəti 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmən müraciət etməyi planlaşdırır, 2030-cu il üçünsə namizəd ölkə statusu almağa ümid edir.

Bu barədə Gürcüstan XİN-in başçısı David Zalkaliani ölkənin xarici siyasətinin 10 illik inkişaf planının təqdimatından sonra “Imedi” telekanalına müsahibəsi zamanı bildirib.

TASS xəbər verir ki, 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət ideyası ilk dəfə Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi İrakli Kobaxidze tərəfindən ötən ilin oktyabrında səsləndirilib. Bu, parlament seçkiləri öncəsində hakimiyyətin seçicilərə verdiyi ən mühüm vəd olub.

Qeyd edək ki, 2014-cü ildə Gürcüstan Ai ilə assosiativ saziş imzalayıb. 2017-ci ildən isə qonşu dövlətin vətəndaşları Şengen zonası ölkələrinə vizasız gediş-gəliş hüququ əldə ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.