ABŞ-da gecə klubunda atışma: Ölən və yaralananlar var

11 Baxış

ABŞ-ın Texas ştatında gecə klublarından birində baş verən atışma nəticəsində beş nəfər yaralanıb, bir nəfər həlak olub.

Bu barədə məlumatı atışmanın baş verdiyi ərazinin şerifi Harris Ed Qonaslez özünün “Twitter” hesabında yazıb.

“Ümumilikdə altı nəfər güllə xəsarəti alıb. Derrik Conson adlı bir nəfər isə hadisə yerində ölüb”, – deyə Harris Ed Qonaslez bildirib.

Hüquq mühafizə orqanları əməkdaşlarının söylədiyinə görə, hadisədən əvvəl klubda dava düşüb, bu zaman bir neçə nəfər odlu silah çıxarıb və atəş açmağa başlayıb.

Hələlik hadisə ilə əlaqədar saxlanılan olmayıb. İstintaq insidentin səbəbini və cinayətkarların axtarışını həyata keçirir.


Məlumat oxu.az saytından götürülmüşdür.