Hindistanda 350-dən çox kənd suyun altında qalıb – VİDEO

11 Baxış

Hindistanda güclü musson yağışları nəticəsində Uttar-Pradeş ştatının 357 kəndi tamilə su altında qalıb.

NDTV telekanalı məlumat verir ki, güclü yağışlar nəticəsində ən çox zərər Xamirpur və Djalaun bölgələrinə dəyib.

Daşqın və sel Qanq və Camna çaylarında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

Qeyd olunur ki, Qanq çayında suyun artımı “təhlükəli” səviyyədən iki metr yüksəkdir.

Hazırda aidiyyatı dövlət qurumları təbii fəlakətdən zərər çəkmiş sakinləri təhlükəsiz bölgələrə köçürür.


Məlumat oxu.az saytından götürülmüşdür.