Beynəlxalq Kosmik Stansiyada “Olimpiada” təşkil olundu – VİDEO

12 Baxış

Beynəlxalq kosmik Stansiyada bir ilkə imza atılıb.

NASA-dan verilən xəbərə görə, stansiyada Olimpiadanın başa çatması şərəfinə Beynəlxalq Kosmik Oyunlar təşkil edilib.

Sinxron üzgüçülük, əlsiz top və digər “idman növləri” üzrə keçirilən yarışlarda kosmonavtlar hansı roketlə stansiyaya gəldiklərinə görə komandalara ayrılıb. Yekun nəticədə “Soyuz” komandası “Dragon”a qalib gəlib.


Məlumat oxu.az saytından götürülmüşdür.