Ancelina Coli ilə bağlı maraqlı iddia

14 Baxış

Xeyli müddətdir ki, Bred Pitlə boşanması və uşaqlarının övladlıq hüquqları ilə bağlı məhkəmə çəkişməsilə aktuallığını saxalayan Ancelina Coli barəsindəki daha bir maraqlı iddia ilə gündəmə gəlib.

“Haber Global” bildirir ki, populyar aktrisa barədə avtobioqrafik əsər yazan Andryu Marton kitabında Colinin şəxsi həyatı ilə bağlı indiyədək məlum olmayan bir xəbəri oxucuları ilə paylaşıb.

Yazıçı iddia edib ki, 16 yaşında olarkən Ancelina anasının sevgilisilə eşq yaşayıb. Məhz bu səbəbdən Coli uzun illər anasıyla münasibətlərini yoluna qoymağa, onunla barışmağa çalışıb.

Qeyd edək ki, aktrisanın anası Marşelin Bertran 2007-ci ildə 56 yaşında ikən vəfat edib.


Məlumat oxu.az saytından götürülmüşdür.