Güclü külək reklam lövhəsini avtomobilin üstünə yıxdı – VİDEO

16 Baxış

Rusiyanın Krasnodar diyarının Adler rayonunda güclü qasırğa bir sıra fəsadlar törədib.

REN TV xəbər verir ki, güclü külək nəhəng reklam lövhəsini salonunda sürücü və sərnişinlərin olduğu avtomobilin üstünə yıxıb.

Hadisənin anbaan görüntüsü sosial şəbəkələrdə yayılıb.

Zərbə nəticəsində avtomobilə ciddi ziyan dəysə də xoşbəxtlikdən salonda olan şəxslər xəsarət almayıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.