ABŞ Əfqanıstana bombardmançı təyyarələr göndərdi

11 Baxış

ABŞ “Taliban” döyüşçüləri ilə mübarizə aparmaq məqsədi ilə Əfqanıstana “Boinq B-52 Srtatofortress” qırıcılarını göndərib.

“The Times” nəşri bu barədə ABŞ-ın hərbi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə yazır ki, təyyarələrin sayı barədə məlumat əldə etmək mümkün olmayıb.

Qeyd olunur ki, ABŞ bombardmançı təyyarələri Qəndəhar, Herat, Ləşgərgah və Hilmənd vilayətlərindəki əməliyyatlarda istifadə olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.