Bayden Obamanın yubileyinə qatılmaqdan imtina edib

14 Baxış

ABŞ prezidenti Co Bayden keçmiş həmkarı Barak obamanın 60 illiyik yubiley şənliyinə qatılmaqdan imtina edib.

Bu barədə “The Hill” məlumat verib.

Məlumata görə, dövlət başçısı Delaver ştatına səfəri səbəbindən mərasimə gələ bilməyəcəyini qeyd edib.

Obamanın yubileyinin Massaçusets ştatındakı Martas-Vinyard adasında keçiriləcəyi, mərasimə 400 nəfər qonağın dəvət ediləcəyi, həmçinin bütün qonaqların koronavirus testindən keçdikdən sonra tədbirə qatılacaqları bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.