Tacikistan Əfqanıstandan yüz minə qədər qaçqını qəbul etməyə hazırlaşır

30 Baxış

ABŞ əsgərlərinin Əfqanıstandan tələsik şəkildə çıxarılması ilə əlaqədar olaraq “Taliban” demək olar ki, bütün ölkədə hücuma keçib.

BBC xəbər verir ki, buna görə, qonşu Tacikistan kütləvi şəkildə qaçqın qəbuluna hazırlaşır.

Əfqanıstan hökumətinə sadiq olan hərbi birləşmələr bir-birinin ardınca məğlubiyyətə uğrayır və “Taliban” amerikalıların səxavətlə təmin etdikləri texnika və silahları ələ keçirir.

ABŞ da öz növbəsində pilotsuz təyyarələrin köməyi ilə onlara hava zərbələri endirməyə çalışsa da, bu vəziyyəti heç bir şəkildə dəyişdirmir.

Əfqanıstanla qonşu olan Tacikistan “Taliban”dan qaçan 100 000-ə qədər qaçqını qəbul etmək üçün hazırlıqlarını artıq elan edib. Bu barədə jurnalistlərə Tacikistan Fövqəladə Hallar Komitəsi sədrinin müavini İmomali İbroximzoda məlumat verib.

İki respublika arasındakı sərhədin uzunluğu 1 300 kilometrdən çoxdur. Qaçqınların ehtiyaclarını ödəmək üçün böyük təchizat anbarlarının tikilməsi planlaşdırılır.

Son siyahıya alınmaya görə Əfqanıstanda 32 milyondan çox sakin var. Eyni zamanda, taciklər ümumi əhalinin dörddə birini təşkil edir. Əfqanıstanın özündə Tacikistandakından bir qədər az tacik yaşayır və əksəriyyəti ölkənin iki dövlətin sərhədinə yaxın şimal-şərq bölgələrindədir. Etnik taciklər Əfqanıstan əhalisinin təxminən dörddə birini təşkil edir.


Məlumat oxu.az saytından götürülmüşdür.