Hindistanda təbii fəlakət qurbanlarının sayı artdı

17 Baxış

Son iki gündə Hindistanın qərbindəki Maharaştra ştatında güclü musson yağışları ilə əlaqəli daşqın və sürüşmə nəticəsində azı 138 nəfər ölüb.

Bu barədə NDTV kanalı yerli hakimiyyət orqanlarının məlumatlarına istinadən xəbər yayıb.

İlkin məlumatlarda 129 nəfərin öldüyü, 80-dən çox insanın itkin düşdüyü bildirilib.

Su basmış zonadakı ərazilərdən 84.4 mindən çox insan təxliyə edilib, 54 kənd tamamilə su altında qalıb, 821 kənd qismən təsirlənib. Xilasetmə işinə Hindistan Hərbi Dəniz Qüvvələrinin bölmələri və helikopterləri cəlb edilib.

Mütəxəssislərin fikrincə, bu cür güclü yağışlar ştat ərazisində son 40 ildə ilk dəfə qeydə alınıb.


Məlumat oxu.az saytından götürülmüşdür.