Türkiyədə intensiv yağışlar daşqınlara səbəb olub – VİDEO

4 Baxış

Türkiyədə yağan aramsız yağışlar ölkənin Rizə və Artvin vilayətlərində daşqınlara səbəb olub.

“Haber Global”ın məlumatına görə, Artvində Arhavi çayının daşması nəticəsində küçələri su basıb, binaların zirzəmiləri su ilə dolub.

Rizənin Fındıklı bölgəsində də analoji vəziyyət hökm sürür.

Hazırda qeyd olunan ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.