Ermənistan Müdafiə Nazirliyi “başsız” qaldı

9 Baxış

Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.

V.Arutyunyanın artıq nazirliyin kollektivi ilə vidalaşdığı da qeyd olunur.

Xatırladaq ki, V.Arutyunyan 2020-ci ilin noyabrında müdafiə naziri təyin olunmuşdu.


Məlumat oxu.az saytından götürülmüşdür.