Köçəryan deputat mandatından imtina edib

8 Baxış

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan özünün “Facebook” səhifəsində bəyanat yayıb.

O, deputat mandatından imtina etdiyini bildirib.

Köçəryan öz mandatını komandasından olan birisinə güzəştə gedəcəyini vurğulayıb.

Qeyd edək ki, eks-prezidentin rəhbərlik etdiyi “Ermənistan” bloku iyunun 20-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərində 21,9% səs toplayaraq parlamentdə 29 yer əldə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.