Özbəkistan vətəndaşı Olimpiadanın mərkəzi stadionunda qadını zorlayıb

6 Baxış

Yaponiyada 30 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb.

Bu barədə “Kyodo” məlumat yayıb.

Saxlanılan şəxs Tokio Milli Stadionu ərazisində qadını zorlamaqda ittiham olunub.

Özbəkistanlının Olimpiadanı işıqlandıran KİV nümayəndələrini qida ilə təmin edən şirkətin nümayəndəsi olduğu bildirilib.

Qeyd edək ki, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri məhz həmin arenada keçiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.