Britaniyada norovirus infeksiyası sürətlə yayılmağa başlayıb

8 Baxış

Büyük Britaniyada norovirus infeksiyasının sürətli yayılması təsbit edilib.

REN TV xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Norovirus ürəkbulanma və ishala səbəb olur.

Xəstəlik yoluxmuş insanlar vasitəsilə, həmçinin əşyalarla təmasdan ötürülür.

Rəsmi məlumatda qeyd olunur ki, infeksiya yoluxma əsasən, təhsil və uşaq müəssisələrində baş verib.

Həkimlər norovirus ilk simptomlarının ürəkbulanma, qusma, ishal olduğunu söyləyirlər. Eyni zamanda xəstədə yüksək hərarət, qarın və əzələ ağrıları olur.


Məlumat oxu.az saytından götürülmüşdür.