Koronavirusla bağlı SON STATİSTİKA

7 Baxış

Dünyada 190 307 313 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 091 996 xəstə ölüb, 173 508 373 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 929 856 nəfər), Hindistan (31 064 908 nəfər), Braziliya (19 308 109 nəfər), Rusiya (5 907 999 nəfər) və Fransadır (5 844 249 nəfər).

Türkiyədə 5 514 373, İranda 3 485 940, Gürcüstanda 384 387, Ermənistanda isə 227 111 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (146 868 nəfər), İran (86 791 nəfər) və Türkiyədə (50 450 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 337 970 nəfərin 4 990-ı ölüb, 331 112 xəstə sağalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.