Rusiyada sərnişin təyyarəsi radarlardan itib

7 Baxış

Rusiyanın Tomsk vilayətində An-28 sərnişin təyyarəsi radarlardan itib.

Bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.

İlkin məlumatda qeyd olunur ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.