Bloqer canlı yayım zamanı həbs olundu – VİDEO

13 Baxış

“Dina Stars” kimi tanınan məşhur kubalı “YouTube” bloqeri Dina Fernandez canlı yayım zamanı saxlanılıb.

Bu barədə CNN xəbər verib.

Məlumata görə, Fernandez müğənni Yotuel ilə birlikdə Kubada hökumət əleyhinə etirazlarla bağlı İspaniyanın “Kanal 4” televiziyasına müsahibə verərkən hüquq mühafizəçiləri onun evinə daxil olublar.

“Dövlətin təhlükəsizlik qüvvələri buradadır. Mən getməliyəm”, – deyən bloqer reportajını yarımçıq qoyur. Onun dostu kamera və mikrofonu açıq qoyaraq kompüteri başqa otağa aparır. Bir neçə dəqiqə sonra bloqer geri qayıdaraq polisin onu aparmağa gəldiyini deyir.


Məlumat oxu.az saytından götürülmüşdür.