Koronavirusla bağlı SON STATİSTİKA

11 Baxış

Dünyada 178 603 683 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 3 866 967 xəstə ölüb, 163 124 786 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 393 269 nəfər), Hindistan (29 823 546 nəfər), Braziliya (17 802 176 nəfər), Fransa (5 752 872 nəfər) və Türkiyədir (5 359 728 nəfər).

Rusiyada 5 281 309, İranda 3 080 526, Gürcüstanda 357 591, Ermənistanda isə 224 086 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (128 445 nəfər), İran (82 746 nəfər) və Türkiyədə (49 071 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 335 399 nəfərin 4 961-i ölüb, 329 339 xəstə sağalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.