Tramp Baydendən Putinlə görüş zamanı yatmamasını istəyib

4 Baxış

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ağ Evin hazırkı başçısı Co Baydenə məktub göndərib.

Bu barədə “The Madison Leader Gazette” xəbər yayıb.

O, Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə uğurlar arzulayaraq, 2018-ci ilin iyul ayında özünün keçirdiyi Helsinki sammitinin “Amerikaya zəfər gətirdiyini” xatırladıb.

“Baydenə Prezident Putinlə ünsiyyətdə uğurlar – görüş zamanı yuxuya getməyin və xahiş edirəm ən xoş diləklərimi ona çatdırın”, – deyə o bildirib.

Qeyd edək ki, Tramp Baydenin yuxulu və yorğun göründüyü videolara görə prezident marafonları zamanı onu mütəmadi olaraq “Yuxulu Co” adlandırıb.

Baydenlə Putinin görüşünün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.