Ankara küçələri su altında qaldı – FOTO

4 Baxış

Ankarada artıq bir neçə gündür davam edən leysan yağışlar ciddi fəsadlara səbəb olub.

“TRT Haber” bildirir ki, günorta saatlarında yağan intensiv yağış şəhər sakinlərinin həyatını çətinləşdirib.

Xüsusən də, Sincan qəsəbəsində küçələr gölə çevrilib. Bəzi ofis və yaşayış evlərini, binaların zirzəmisində yerləşən avtodayanacaqları su basıb.

Şəhər bələdiyyəsi əməkdaşlarının səyləri nəticəsində leysanın fəsadları qismən aradan qaldırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.