Ermənistanda seçkiyə “qızğın” hazırlıq: Paşinyan öz adamlarına dövlət büdcəsindən pul verir

11 Baxış

Ermənistanda seçki günü yaxınlaşdığı bir vaxtda siyasi partiyalar tərəfindən bir çox saxtakarlıqların törədildiyi üzə çıxır.

Bu barədə News.am nəşri yazıb.

Nəşr qeyd edir ki, redaksiyanın ünvanına gələn bir çox məktublarda Nikol Paşinyanın “Vətəndaş sazişi” Partiyasının seçki qərargahlarının rəhbərlərini vilayətlərin administrasiyalarında əməkdaş kimi qeydiyyatdan keçirməsi barədə şikayətlər yer alıb.

Bununla da ölkədə hakim partiyanın dövlət vəsaitlərini birbaşa olaraq öz seçki təbliğatına cəlb etdiyi üzə çıxıb. Bu cür “iş sxemi”nin ölkənin demək olar ki, əyalət administrasiyalarında müşahidə olunduğu bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.