Türkiyədə koronavirusdan daha 87 nəfər vəfat edib

7 Baxış

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 87 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 9-da yoxlanış məqsədilə götürülən 224 193 testdən 6454-ü müsbət çıxıb.

Sutka ərzində 6647 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 179 883 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1018 nəfərdir.


Məlumat oxu.az saytından götürülmüşdür.