Əfqanıstanda mina axtaran təşkilatın 10 əməkdaşı qətlə yetirildi

9 Baxış

Əfqanıstanda minaların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın 10 əməkdaşı qətlə yetirilib.

Bu barədə yerli “1TV” telekanalı məlumat verib.  

Telekanalın məlumatına görə, hücum Əfqanıstanın şimal-şərqindəki Bəğlan vilayətində baş verib.

Silahlı hücum nəticəsində daha 14 nəfər yaralanıb.

Rəsmilər hücumun “Taliban” hərəkatı tərəfindən həyata keçirildiyini bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.