Koronavirusla bağlı SON STATİSTİKA

11 Baxış

Dünyada 174 749 068 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 3 762 883 xəstə ölüb, 158 157 982 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 242 866 nəfər), Hindistan (29 089 069 nəfər), Braziliya (17 038 260 nəfər), Fransa (5 719 937 nəfər) və Türkiyədir (5 300 236 nəfər).

Rusiyada 5 145 843, İranda 2 980 116, Gürcüstanda 350 428, Ermənistanda isə 223 285 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (124 496 nəfər), İran (81 362 nəfər) və Türkiyədə (48 341 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 334 849 nəfərin 4 947-si ölüb, 327 387 xəstə sağalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.