Türkiyədə koronavirusla bağlı son vəziyyət

8 Baxış

Türkiyədə son 24 saat ərzində 225 527 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 6609 nəfər təşkil edib.

86 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 173 186 nəfərə çatdığı bildirilib. Onlardan 5836 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1044 nəfər ağır COVID xəstəsi müalicə alır.


Məlumat oxu.az saytından götürülmüşdür.