Qiymətdən narazı qalan müştəri manikür ustasını güllələdi

8 Baxış

ABŞ-ın Texas ştatında manikür salonunda xidmətçini güllələyən müştəri saxlanılıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə ştat polisinin açıqlamasında qeyd olunur.

Hadisə may ayında baş verib. Belə ki, Texasın Harris dairəsində manikür salonunda qiymətdən narazı qalan qadın 42 yaşlı asiyalı xidmətçiyə atəş açıb.

Hadisədən dərhal sonra o, insidentin baş verdiyi yerdən uzaqlaşıb.

Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olsa da, həkimlər manikür ustasının həyatını xilas edə biliblər.


Məlumat oxu.az saytından götürülmüşdür.