Paşinyan göstəriş verdi: Ermənistanda ona satqın deyən hər kəs döyüləcək

3 Baxış

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan başqalarına dərs vermək və bundan sonra seçki təşviqatı kampaniyasının sakit məcrada keçməsi üçün onu satqın adlandıran hər kəsin yerindəcə döyülməsinə göstəriş verib.

Bu barədə Ermənistanın “Qraparak” nəşri “Vətəndaş sazişi” Partiyasındakı mənbələrinə istinadən yazıb.

“Kampaniyanın ilk günündəcə Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın tərəfdarları və bəzi məlumatlara görə biznesmen Xaçatur Sukiasyanın cangüdənləri Armavir əyalətində Paşinyanı satqın adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən vətəndaş bildirib ki, bu yaxınlarda analoji hadisə İrəvanın Şimal prospektində də baş verib: Paşinyanın ünvanına “satqın” ifadəsini səsləndirən vətəndaş döyülüb. Bir neçə gün əvvəl isə Vanadzorda Paşinyanın ünvanına mənfi fikirlər səsləndirən vətəndaş avtomobilə əyləşdirilib və aparılıb. Paşinyanın tənqidinə görə ən ağır cəzalar isə 20 iyundan sonra veriləcək. Hakimiyyət bununla bağlı böyük planlar qurur”, – deyə nəşr qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.